“Zirə" "Turan Tovuz"u məğlub etdi

“Zirə" "Turan Tovuz"u məğlub etdi
İDMAN
20:14 03.04.2026
551
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

AZXEBER.COM xəbər verir ki,  "Turan Tovuz" "Zirə" ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda "Zirə" qələbə qazanıb - 2:0.

Qolları Eren Aydın (55) və Leroy Mikels (88) rəqib qapısından keçiriblər.

Bu gün daha bir görüş baş tutacaq. Turnirin son qalibi "Sabah" "Qarabağ"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR