“Zirə” yeni transferini açıqladı

“Zirə” yeni transferini açıqladı
İDMAN
20:29 08.03.2025
349
"Zirə” heyətini mozambikli yarımmüdafiəçi ilə gücləndirib.

AZXEBER.COM xəbər verir ki, klubdan "Qafqazinfo”ya verilən məlumata görə, Rikardo Martins Gimaraynş "Quima” ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense”, "Sportinq B”, "Akademika”, "Çaves”, Polşanın "LKS Lodz” və Türkiyənin "İğdırspor” klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.
OXŞAR XƏBƏRLƏR