Zirəddin danışdı: 'Əhməd Şahidov 30 yaşında öləcək'

MARAQLI
12:39 24.08.2012
6575
Əhməd Şahidov 30 yaşında öləcək?Tanınmış ekstrasens Zirəddin Rzayev yaxın dostu olan gənc alim və şair Əhməd Şahidovun 30 yaşında dünyadan köçəcəyini deyib.Ötən gün "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsində gənc alim və şair, Milli Məclisin əməkdaşı Əhməd Şahidov maraqlı bir status paylaşıb. AZXEBER.COM xəbər verir ki, Əhməd Şahidov 30 yaşında dünyadan köçəcəyi barədə pessimist bir fikir paylaşıb: “30 yaşım yaxınlaşdıqca, canıma vəlvələ düşür... Zirəddin deyib ki, 30 yaşında Haqqın dərgahına qovuşacaqsan... görək kim deyən düz çıxır?!... 7 gündən sonra 30 yaşım olur”.Qeyd edək ki, hazırda Rusiyada yaşayan tanınmış ekstrasens Zirəddin Rzayev artıq uzun illərdir ki, gənc alim və şair Əhməd Şahidovla dostluq edir. Hətta Əhməd Şahidovun Rusiyanın ən nüfuzlu təhsil müəssisəsində - Kreml Akademiyasında təhsil almasında da Zirəddin Rzayevin rolunun olması barədə danışılır. Hər dəfə Moskvaya gedən Zirdəddinlə görüşən Əhməd Şahidovun onunla birlikdə çoxlu sayda fotoları internetdə yayımlanıb. Hətta Əhməd Şahidov azərbaycanlı ekstrasens barədə dəfələrlə mətbuatda məqalələrlə çıxış edib. Bütün bu faktlar həmin iki şəxsin həqiqətən də yaxın dost olduqlarını göstərir.Lakin ekstrasens Zirəddin Rzayevin yaxın dostunun gələcəyi barədə belə pessimist proqnoz verməsi başa düşülən deyil. Avqustun 31-də 30 yaşını qeyd edəcək gənc alim və şair Əhməd Şahidov qısa müddət ərzində internetdə kifayət qədər dost və pərəstişkar qazana bilmişdir. Onun məqalələri, reportajları və şeirləri internetdə çoxlu oxucu toplaya bilib. Bucür şəxsin gənc yaşlarında dünyadan köçməsi heç arzuolunan deyil.Məsələ ilə bağlı Əhməd Şahidova müraciət etsək də, Əhməd bəy bu barədə danışmaqdan imtina etdi və hər şeyin Allahın əlində olduğunu bildirdi: “İnsana ömrü bəxş edən də, onu öz dərgahına qovuşduran da Allahdır. Mən Allaha inanıram və onun ədalətinə sığınıram. Allaha şükürlər olsun ki, həyatda həmişə saf yaşamışam, odur ki, hər an ölümə hazıram.”Qeyd edək ki, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov Milli Məclisin əməkdaşıdır, millət vəkili Gülər Əhmədovanın köməkçisidir.
OXŞAR XƏBƏRLƏR