Zirəddin:"Mənim əleyhimə gedənlər, bu gücü mənə verənin əleyhinə gedirlər"

Zirəddin:"Mənim əleyhimə gedənlər, bu gücü mənə verənin əleyhinə gedirlər"
MAQAZİN
00:04 09.01.2012
3921

Ötən həftə ANS kanalında “Günəbaxan” verilişində qonaq qismində iştirak etməli olan tanınmış azərbaycanlı ekstrasensZirəddin Rzayevmüəyyən səbəblərə görə verilişə gələ bilməsə də, canlı bağlantı vasitəsilə öz proqnozlarını verib. Lakin verilişdən sonra bəzi informasiya vasitələrində bu barədə müəyyən söz-söhbətlər yarandı. Xüsusən də, ekstrasensin "Günəbaxan" verilişinin canlı efirində Türkiyə ilə bağlı verdiyi proqnozlardan sonra Zirəddin Rzayev bəzi kütləvi informasiya vasitələrində qınaq obyektinə çevrilib. AZXEBER.COM-un məlumatına görə, ekstrasens məsələyə Anspress vasitəsilə aydınlıq gətirib: -"Günəbaxan" verilişinə canlı bağlantı ilə qoşulduğunuz zamanı verdiyiniz proqnozları bir daha xatırladardınız? - Mən ANS kanalından yayımlanan "Günəbaxan" verilişində deyəndə ki, 2012-ci ildə Türkiyədə təbii fəlakətlər, terror aktları, ölüm hadisələri və bir o qədər də ictimai sabitliyin pozulacağını görürəm, bunu bəzi qəzetlər və informasiya agentlikləri təhrif edərək işıqlandırdılar. Onlar yazdılar ki, Zirəddin Rzayev deyib ki, türkdilli xalqlar haqqında pis görüntülərim var. Haqqımda həqiqətə uyğun olmayan şeylər yazdılar. Əgər verilişə diqqətlə baxsaydılar, görərdilər ki, mən bu il Türkiyə üçün uğurlu il olmadığını proqnozlaşdırdım. Təbii fəlakətlərin və Türkiyəni sevməyənlərin hücumlarının olacağını gördüyümü demişəm. Bu da göz qabağındadır. Türkiyədə baş verənlər hələ davam edəcək. - Türkiyə haqqında verdiyin proqnozlardan danışmağınızı istərdik... - Sadəcə olaraq onu deyim ki, bu il Türkiyə üçün elə də uğurlu il olmayacaq. Bu il Türkiyə üçün 2 xoşagəlməz hadisə baş verməlidir. Bu qədər... - Zirəddin, sizə qarşı iddia etdiyiniz kimi düzgün olmayan fikirlər nədən irəli gəlir? - Mən bilirəm bu tipli yazıları niyə mənim haqqımda yazırlar. Açığını deyim, kimlərsə mənim haqqımda yanlış fikirdədirlər. Ancaq konkret olaraq deyim ki, yazan insanlar peşman olacaqlar. Bu yazıları yazdıranları tanıyıram, bilirəm ki, onlar kimlərdir. Amma Allaha and olsun ki, mən o insanları çox sevirəm. Ola bilsin ki, həmin şəxslər mənim hansısa səhvimi bağışlamırlar. Amma həmin yazıları əsassız olaraq yazan insanlar məndən nə istəyirlər? Bunu bilmirəm. Onlar mütləq peşman olacaqlar. - Sizcə, bu, jurnalistlərə qarşı haqsızlıq deyilmi? - Mənim haqqımda yazılanlar qeyri-müəyyən mənbəyə əsaslanır, yaxud da heç bir mənbə göstərilmir. Məsələn, mən "Günəbaxan" verilişində Türkiyə dedim, bəzi mətbu orqanlarda isə türkdilli xalqlar deyə təhrif etdilər. Axı bu sadəcə olaraq böhtandır. Unutmaq olmaz ki, kiməsə böhtan atan şəxsin cəzasını Allah verəcək. - İddia etdiyiniz kimi, əleyhinizə kampaniya nə səbəbə başlanıb? Bu sizin güclü olmağınızdan, çoxlu pul qazanmağınızdan irəli gəlir, yoxsa burada başqa səbəblər var? - Açığı, bilmirəm. Bəlkə də bu onların səhvidir, bəlkə də bu mənim tərəfimdən buraxılan səhvlərdir. Amma mən yazan insanları bağışlamayacağam. - Yaxşı, bağışlamayıb nə edəcəksıniz? Cadu, qarğış edəcəksiz onlara qarşı, yoxsa... - Belə bir kəlam var: "Allah ucaltdığı bəndəni bəndə endirə bilməz, Allah endirdiyi bəndəni bəndə ucalda bilməz". Bu mənim həyat devizimdir. Başqa misal da Həzrət Əlidən gətirmək olar. Həmişə onun əleyhinə olanlar olub, lakin İmam Əli həmişə yüksək mərtəbədə olub və olacaq. Sadəcə, onu deyə bilərəm ki, mənim əleyhimə gedənlər, bu gücü mənə verənin əleyhinə gedirlər. Xəbərdarlıq edirəm, bu çox təhlükəlidir. Mən kiməm? Adi, ölümlü bir bəndəyəm. Mən özüm də mənə verilən bu gücün qarşısında acizəm. Haradasa səhv buraxa bilərəm, haradasa düzgün olmayan fikirlər deyə bilərəm. Lakin məndə Allahın verdiyi güc var. Hətta bu gücün qarşısında mən özüm də acizəm. Qarğışa qalanda, mən kiməm ki, kiməsə bəd dua edim. İstərdim, bir şeyi də qeyd edim. Mənim özüm də türkəm, mənəviyyatımda, qanımda türkçülük var. Mən Məhəmmədəmin Rəsulzadə, Hüseyn Cavid, Yunis Əmrə və Hacı Bektaşinin aşiqiyəm. Allahdan arzu edirəm ki, türk millətini, türk xalqlarını öz hifzində saxlasın. - Sizcə, niyə Zirəddin Rzayev barədə həmişə nəsə yazırlar? Niyə sizin proqnozlarınızı həmişə tənqid edirlər? Bu da sizə qarşı kampaniyanın tərkib hissəsidir? - Mənə qarşı yazanlara çalışıram çox da fikir verməyim. Çünki mən varam ki, mənim haqqımda danışırlar. Mən öndəyəm ki, məndən yazırlar. Nə üçün digər Azərbaycandakı "falçı"lar, "ekstrasens"lər haqqında yox, Zirəddin Rzayev haqqında danışırlar? Bu özü Zirəddinin kim olduğunu göstərir. Nostradamus kimi böyük alim, filosof haqqında ikili fikir varsa, demək, mənim haqqımda da olacaq. - Deyirsiniz ki, mən düşmənlərimi də sevirəm. Sizcə, bu nədən irəli gəlir? Sizin yaxşı adam olmağınızdan, yoxsa bu özünüreklamdır? - Mən mənim əleyhimə yazı yazdıranlara pislik arzulamıram. Çünki "biri od olanda, biri su olar" deyib atalarımız. Səhvsiz-xətasız insan yoxdur. Hər bir insan əsəbləşə, qərəzli mövqe tuta bilər. İnsan həmişə səhvləri bağışlamalıdır. İnsanın aqressivliyindən, əsəbi vaxtından istifadə edib kimisə vurmaq isə yaxşı əməl deyil. Bu, Allaha xoş getməz. Buna görə də haqqımda haqsız şayiələr yazdıranları yox, yazanları bağışlamayacağam. Onları mühakimə də etmirəm və Allaha tapşırıram. Qoy Allah onları mühakimə etsin. Allah özü ölçü götürsün.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı