İsrail Müdafiə Qüvvələri Qəzzanın mühasirəsinin tamamlandığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat yayıb.
Açıqlamadan dərhal sonra isə Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde Haqarinin sözlərinə cavab olaraq bildirib ki, İsrail əsgərləri qara torba ilə geri qayıdacaq:
"Öyündüyünüz zirehli maşınlarınız Qəzzaya ilk addımınızda məhv edildi. Əsgərləriniz qara torba ilə evə qayıdacaq. Minlərlə xalqımızın şəhid olmasından duyduğumuz ağrı cəsarətimizi və şiddətimizi artıracaq".
Qəssam Briqadalarının hazırkı uğuru haqqında məlumat verən Əbu Ubeyde "Təkcə bu gün mücahidlərimiz əsgərləri daşıyan 6 tank və 2 zirehli maşını partladıblar”, - deyib.
Günel