“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb

“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
İDMAN
20:53 01.07.2025
486

"Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi Xorvatiyanın "Hayduk” klubu təcrübəli qapıçısı Lovre Kaliniçlə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı qapıçı ilə müddəti başa çatan müqavilə yenilənməyib.

"Hayduk”un yetirməsi olan L.Kaliniç müxtəlif illərdə (2009-2016, 2020-2025) formasını geyindiyi komandanın heyətində 213 oyuna çıxıb.

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium”da start götürəcək.
OXŞAR XƏBƏRLƏR