"Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir" - AÇIQLAMA

"Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir" - AÇIQLAMA
SİYASƏT
15:01 05.05.2020
890

«Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi qarşılıqlı dəstəyi, birgə səylərin göstərilməsini daha da aktuallaşdırır, birliyə, həmrəyliyə çağırış edir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, onun ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik» mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir.

 

Hər iki tədbir, eyni zamanda, göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar beynəlxalq səviyyədə dəstəklənməklə yanaşı, əksər ölkələrdə tətbiq olunur. Bir sözlə, Azərbaycan pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi təqdir olunur.»

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinin iqtisadiyyatına, xüsusilə insanların sağlamlığına mənfi təsir göstərir. Təbii ki, heç bir ölkə bundan sığortalanmayıb. Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə bu reallığı bir daha diqqətə çatdırmışdır ki, qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.

«Bu fikir də xüsusi qeyd edilir ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir» söyləyən V.Rəhimzadə bildirib ki, hər bir ölkə bu öldürücü virusla mübarizədə özünəməxsus konsepsiya irəli sürərək bu istiqamətdə ciddi addımlar atır. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin üçdəikisini özündə birləşdirir, bu halda hər bir ölkənin ortaya qoyduğu yanaşmanın mübarizənin effektivliyində rolunu aydın görərik. Azərbaycanın pandemiyaya qarşı mübarizə istiqamətində atdığı addımların davamlılığı göz önündədir. Məqsəd insanların sağlamlığını təmin etmək, həmçinin pandemiyanın iqtisadi və sosial fəsadlarını aradan qaldırmaqdır. Pandemiya şəraitində Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyini təmin etmək,

məşğulluq problemlərini həll etmək istiqamətində görülən işlərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bu rəqəmi də xüsusi diqqətə çatdırmışdır ki, bu məqsədlə 3,5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketi qəbul olunub.

Baş redaktor qeyd edib ki, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə həmrəyliyə və əməkdaşlığa böyük ehtiyac olduğunu önə çəkən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Məhz bu birlik, əməkdaşlıq sayəsində görülən işlər daim qurumun rəsmiləri tərəfindən yüksək dəyərləndirilmiş, Azərbaycanın pandemiyadan az itki ilə çıxan ölkə olacağı böyük əminliklə qeyd edilmişdir.

«Göründüyü kimi, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır» deyən baş redaktor bildirib ki, Azərbaycan öz təşəbbüsləri, praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında əlaqələrin inkişafına, qlobal koronavirus pandemsiyası ilə mübarizədə bütün səylərin səfərbər olmasına öz töhfələrini verir: "40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidentinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdikləri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamı da xüsusi qeyd etmişdir ki, sədrliyi öz üzərimizə götürərkən Azərbaycanın beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını bəyan etmişdik.”

V.Rəhimzadə bildirib ki, Azərbaycanın ötən il qurumun XVIII Zirvə görüşünə ev sahibliyi etməsi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürməsi, eyni zamanda, dünyanı bürüyən pandemiyaya qarşı mübarizənin gücləndirilməsində beynəlxalq birliyin, həmrəyliyin önəmini nəzərə alaraq qurumun Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik» mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi bir daha ölkəmizin dünyanı narahat edən hər bir məsələyə uyğun addımlar atdığını, səylərin birləşdirilməsinə nail olduğunu təsdiqləyir: "COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün Bəyannaməsində əksini tapan 18 maddənin hər birində də birlik, həmrəylik çağırışı özünün aydın ifadəsini tapıb.

 

Bəyannamədə xüsusi vurğulanır ki, bəşəriyyət üçün ciddi problem olan, birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq ifadə edərək Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırırıq.”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb