Zirzəmidə basdırdığı 150 mini sevgilisi oğurladı – Bakıda şok olay

SOSİAL
16:37 24.08.2016
6252
Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.
Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Report.az
OXŞAR XƏBƏRLƏR