Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi

Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
MƏDƏNİYYƏT
14:41 04.08.2025
279
Azərbaycan teatr məkanında yeni beynəlxalq layihə baş tutacaq.
 
AZXEBER.COM xəbər verir ki, tanınmış prodüser Ziya Ağa uğurla təqdim etdiyi "Ovod” tamaşasından sonra ikinci böyük teatr layihəsinə start verib. Bu dəfə məşhur ingilis yazıçısı Corc Oruellin bütün dövrlərin ən təsirli və cəsarətli romanlarından biri sayılan "1984” əsəri səhnələşdiriləcək.

Layihənin əsas özəlliklərindən biri onun beynəlxalq formatda hazırlanmasıdır. Bu, Azərbaycan və Makedoniyanın birgə teatr layihəsi olaraq tarixdə ilk dəfə gerçəkləşir.

Tamaşanın quruluşçu rejissoru Makedoniyalı sənətçi Rizeski Gjorgji, bəstəkarı Almir Bajramoski, quruluşçu rəssam və qrafik dizayneri isə Emil Pachkovskidir. Yaradıcı heyətdə hər iki ölkənin peşəkar teatr nümayəndələri yer alır.

"1984” tamaşasının Bakı premyerası bu ilin 24 oktyabr tarixində, saat 20:00-da "Heydər Əliyev Sarayında” baş tutacaq.

Beynəlxalq əməkdaşlıq çərçivəsində layihənin növbəti premyeraları dekabr ayında Makedoniya, Serbiya, Albaniya və Xorvatiyada təqdim olunacaq. Tamaşa Ziya Ağa və bir neçə xarici koprodakşn şirkətin təşkilatçılığı ilə reallaşır.

Hazırda tamaşada çıxış edəcək aktyor heyəti üzərində işlər davam edir. Kastinq prosesi yekunlaşmaq üzrədir və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR