Ziya Ağa yenidən böyük səhnədə - FOTOLAR

MƏDƏNİYYƏT
10:45 03.02.2025
177
İstedadlı teatr və kino aktyoru, prezident mükafatçısı Ziya Ağa yeni böyük layihəsini teatrsevərlərə təqdim edəcək. 

AZXEBER.COM xəbər verir ki, 20 aprel tarixində Heydər Əliyev Sarayında İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən "Ovod” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası olacaq.

Premyerası olacaq tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissoru isə aktrisa Oksana Rəsulovadır.

Qeyd edək ki, tamaşada Ziya Ağa ilə yanaşı, Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, tanınmış aktyorlar Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba ifa edirlər.
 
Aysel

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR