Rəfail İbadov taksi kimi fəaliyyət göstərdiyi “Opel” markalı avtomobillə hərəkət edərkən “Fiat” markalı avtomobilldə olan 3-4 nəfər Nəqliyyat Depaertamentinin əməkdaşları onu 28 May küçsəi 19 ünvanında saxlatıdırıblar.
Avtomobildən düşən departamet əməkdaşları Rəfail İbadovun sürücülük vəsiqəsini ondan almaq istəyiblər. Bunun üstündə tərəflər arasında mübahisə düşüb. Departament işçilər R.İbadovu əzişdiriblər. Sürücünün burnu sınıb, alın nahiyəsində ciddi xəsarət alıb.
AZXEBER.COM portalı hadisəylə bağlı yeni məlumat əlde edib. Məlumata görə, xəsarət alan Rəfail İbadov taksi sürücüsü yox, "Bakı" futbol klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır. Hazırda İbadovun vəziyyəti normaldır. Onun başına tikiş qoyulub. İbadov evdə müalicə alır.
Maraqlıdır ki, "Bakı" futbol klubunun sahibi Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Çox güman ki, Nəqliyyat Departamentinin əməkdaşları hadisəni törədərkən bu faktı unudublar.
Faktla bağlı Nəsimi Rayon Pois İdarəsinin 22-ci polis bölməsində təhqitaq araşdırması aparılır.