Bakıda "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın baş verməsi haqqında məlumat vermişdik. Teymur Əliyev küçəsində yerləşən yanan villanın sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olması ilə bağlı iddialar dolaşır.
AZXEBER.COM məsələyə Ziya Məmmədovun qardaşı, Milli Məclisin sabiq deputatı Elton Məmmədovdan münasibət öyrənib.
Portalımıza açıqlamasında sabiq millət vəkili bildirib ki, yayılan informasiyalar əsassızdır:
"Ziya Məmmədov haqqında daha nə qaldı yazmasınlar?! Ayıbdır, belə də olmaz axı. O villanın ümumiyyətlə Ziya Məmmədova aidiyyatı yoxdur. Boş-boş, yalan-mənasız sözlərdir”.
// Azər Niftiyev
AZXEBER.COM