Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin ikinci oyunları keçirilib.
AZXEBER.COM-un məlumatına görə, Belçika və Hollandiyanın birgə ev sahibliyi edəcəyi çempionatda millimiz də çıxış edib.
Komandamız ilk görüşündə dünən Türkiyə millisinə 0:3 hesabı ilə məğlub olub. B qrupunda Türkiyə, Macarıstan və Belçika milliləri ilə növbəti mərhələ uğrunda yarışan voleybol yığmamızın ikinci sınağı Belçika voleybolçularına qarşı olub.
Antverpendə, “Lotto Arena”da saat 19:00-da start götürən qarşılaşma bu dəfə də milli komandamızın məğlubiyyəti ilə nəticələnib. Voleybolçularımız dünən olduğu kimi, bu gün də 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, voleybol federasiyasının rəhbəri Nəqliyyat Naziri Ziya Məmmədovdur.
Avropa Çempionatı, final mərhələsi
27 sentyabr
Belçika – Azərbaycan -3:0(25:17, 25:20, 27:25)