Daxili İşlər Nazirliyi İsmayıllıda baş vermiş yanğınla bağlı məlumat yayıb.
AZXEBER.COM nazirliyə istinadən xəbər verir ki, fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları - Ömər və Zeynəb xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Qeyd edək ki, yanğın sabiq nəqliyyat naziri Ziya Məmmədovun Buynuz kəndindəki villasının həyətində gözətçi üçün tikilmiş evdə baş verib.