Ziya Məmmədovun qardaşı oğlunun 200 min dollarlıq işi - bankın filial müdiri məcburi gətiriləcək

Ziya Məmmədovun qardaşı oğlunun 200 min dollarlıq işi - bankın filial müdiri məcburi gətiriləcək
TOP4
13:06 09.03.2018
5490

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Məhkəmədə şahid qismində Gülər Ələkbərova ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq edib.

G.Ələkbərova söyləyib ki, "Zaminbank"ın mərkəzi filialında xəzinədar vəzifəsində işləyən zaman Rövşən Heybətov banka gələrək Türkiyəyə pul göndərmək istəyiblər. Amma sənədlər qaydasında olmadığı üçün mümkün olmayıb.

G.Ələkbərova Rövşən Heybətovu həmin vaxt tanıdığını, amma Elnur Məmmədovu xatırlamadığını söyləyib.

Prokuror sual verib ki, Bakıdan pul göndərilmədiyi halda "Zaminbank"ın Türkiyədə Kapalıçarşıdakı filialından 200 min dollar necə görürülüb?

G.Ələkbərova bundan xəbərsiz olduğunu, pul göndərmədiyini deyib.

Elnur Məmmədov söyləyib ki, şahidin ifadələrində ziddiyyət var. Sabiq deputatın oğlu pulun göndərildiyini söyləyib.

Şahid isə əlavə edib ki, əgər pul göndərilsəydi, qəbz olardı. Əgər qəbz yoxdursa, əməliyyat düzgün aparılmayıb.

Hakim Elnur Məmmədova sual verib ki, o pulu kimə verib. Elnur Məmmədov 100 min manatı birinci dəfə bankın fikial rəhbəri olan Nadir adlı şəxsə verdiyini söyləyib: "Nadir də işçisi olan Gülər xanımı çağırıb pulu ona verdi. Növbəti dəfə də 100 min dolları banka vermişəm".

Şahid isə heç kimdən pul almadığını deyib.

Məhkəmə "Zaminbank"ın "Mərkəz" filialının müdiri olmuş Nadir İsmayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb.

Təqsirləndirilən Rövşən Heybətov heç kimə pul vermədiyini söyləyib. Sadəcə Türkiyədə puli götürdüyünü qeyd edib.

Qeyd edək ki, məlumata görə sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.

Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.

Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib.

Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min olduğunu deyin. Rövşən Heybətov isə 150 min ödədiyini deyir.

Qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb