Ziya Məmmədovun qardaşının əmlakı satışa çıxarıldı

Ziya Məmmədovun qardaşının əmlakı satışa çıxarıldı
SOSİAL
14:01 04.05.2019
3644
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mərhum qardaşı Nəriman Məmmədova məxsus əmlakların bir qismi satışa çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Unikal" qəzetinə məlumatlı mənbələrdən xəbər daxil olub. Xəbərdə deyilir ki, N.Məmmədova məxsus Bakı şəhəri Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsindəki hərbi çağırışçıların Biləcəri toplanış məntəqəsi ilə üzbəüz yerləşən mülkü satılır. İri həyətyanı sahəyə də malik villaya 1 milyon 200 min manat satış qiyməti qoyulub. Mülkün özünün ümumi yaşayış sahəsinin isə 3 min kvadratmetrə yaxın olduğu deyilir. 

Bundan başqa, sabiq nazirin mərhum qardaşının yenə Biləcəri ərazisindəki, "Şamlıq" adlanan yerdəki böyük torpaq sahəsi də satışdadır. Məlumatda bildirilir ki, həmin hasarlanmış sahə 4 milyon manata satılır. 

Qeyd edək ki, son vaxtlar Ziya Məmmədovun özünə məxsus əmlakın və obyektlərin də satılması müşahidə olunur. Bu ilin mart ayında sabiq "nəqliyyat şefi"nin Nardarandakı villasını çox ucuz qiymətə satdığı məlum olmuşdu. Bildirilirdi ki, Ziya Məmmədov uzun illərdir baş çəkmədiyi həmin villaya 310 min manat qiymət qoyub.  

Daha əvvəl isə sabiq nazirin Biləcəri qəsəbəsində yerləşən başqa bir məşhur əmlakı "Delfin" hotel sökülmüşdü. Sözügedən hotelin sökülməmişdən əvvəl keçmiş nazir tərəfindən satıldığı bildirilirdi. Hətta bəzi iddialara görə, Z.Məmmədov "Delfin"lə vidalaşmaq fikrində deyilmiş, ancaq hansısa səbəbdən buna məcbur olub. 

Görünən odur ki, Z.Məmmədov nazir postunu itirdikdən sonra onun sonrakı taleyi ilə bağlı başda korrupsiya ittihamı ilə cinayət işi başlanacağına dair bəd proqnozlar özünü doğrultmasa da, Məmmədovlar ailəsinin malik olduğu böyük sərvətin xeyli hissəsini itirəcəyi yönündə xəbərlər sürətlə özünü doğrultmaqdadır. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
10:39 24.06.2025
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
10:17 24.06.2025
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
10:14 24.06.2025
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
10:13 24.06.2025
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
10:04 24.06.2025
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
10:02 24.06.2025
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
Bu rayonlara yağış yağıb - Faktiki hava
09:58 24.06.2025
Bu rayonlara yağış yağıb - Faktiki hava
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
09:54 24.06.2025
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
Azərbaycan nefti ucuzlaşıb
09:43 24.06.2025
Azərbaycan nefti ucuzlaşıb
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
09:41 24.06.2025
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir
09:36 24.06.2025
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir
İranla İsrail arasında atəşkəs qüvvəyə mindi
09:34 24.06.2025
İranla İsrail arasında atəşkəs qüvvəyə mindi
Bəzi çaylarda suyun səviyyəsi artıb
09:31 24.06.2025
Bəzi çaylarda suyun səviyyəsi artıb