Zorlanmış tələbə qızın atası: 'Qızımla fəxr edirəm'

DÜNYA
15:04 07.01.2013
7854
Hindistanda zorlanmış 23 yaşlı tələbənin atası mətbuata qızının adını açıqlayıb. O, bu barədə Britaniya qəzeti olan “The Sunday People”a müsahibəsində bildirib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həmin material qəzetdə yanvarın 5-də çap olunub.Qızın adı Cioti Sinqx Pandeydir. Atası həmçinin bildirib ki, onun qızı heç bir rüsvayçı iş görməyib və ailəsi onunla fəxr edir.“Mənim qızım rüsvayçı bir iş görməyib. Mən onunla fəxr edirəm. Onun adının elan edilməsi cinsi zorakılığın qurbanı olan digər qadınlara da cəsarət gətirə bilər. Onlar da mənim qızımın sayəsində güclü ola bilərlər”, - deyə 53 yaşlı ata bu barədə müsahibəsində bildirib.

OXŞAR XƏBƏRLƏR