Jurnalist Bilal Meşe ilə aralarındakı münaqişədən (ətraflı burada) sonra milli komandadan getdiyini açıqlayan Arda Turan yeni açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, "Hürriyyət" qəzetinə müsahibəsində o, baş verən hadisədən peşmanlıq hissi keçirmədiyini vurğulayıb:
"Mənimki qürurlu, qarşı tərəfinki qürursuz bir səhvdir. Kimsənin arxasından danışmadım, birbaşa üzünə söylədim. Yıldırım Demirörenə (Türkiyə Futbol Federasiyasının prezidenti - red.) telefonda "hirsliydim, sizə qarşı bilərəkdən söyüş söymədim" dedim. O da bildirdi ki, "çıx üzr istə, biz həll edərik". Amma üzr istəməkdənsə, getməyi üstün tutdum".
Qol.az