Müğənni, rəqqasə Sevda Sanəliyeva plastik əməliyyat etdirənləri tənqid edib.
AZXEBER.COM xəbər verir ki, sənətçi əməliyyatla gözlərini dartdıranları pisləyib. O bildirib ki, heç vaxt bu proseduru etdirməyi düşünmür:
"Yıxıldım, burnum qırıldı. Sümükləri ovulmuşdu, toz halında idi. Ona görə də burnum əyilmişdi, utanırdım. Əməliyyat etdirdim. Amma göz əməliyyatını heç sevmirəm. Gözü niyə dartırlar, üst ətini kəsdirilər... Nəyi yaxşıdır? Qaşı qaldırırlar. Göz pis görünür. Heç makiyaj etdirəndə saçlarımı dartdırmıram. Heyif deyil, təbii görüntü. Qaşım budur, nəyə laızmdır, nədir bu?".
Sevda şəxsi həyatı ilə bağlı suala "7 il əvvəl boşanmışam" cavabını verib.
İfaçı bədənşəkilləndirmə əməliyyatı da etdirdiyini söyləyib.
Müğənni bir müddət əvvəl bir şəxsin evinə gəlib, onu hər yerdə izlədiyini deyərək polisə şikayət etməsi haqda sualı cavablandırıb. O bildirib ki, artıq problem həll olunub və həmin şəxs onu izləmir.
Qeyd edək ki, Sevda iki dəfə ailəli olub. Onun iki övladı var.
///Axşam.az