Zukerberq: ABŞ hökuməti və Bayden koronavirusa görə bizə təzyiqlər ediblər

DÜNYA
13:30 27.08.2024
128
"Facebook”, "Instagram” və "WhatsApp”ın sahibi, tanınmış iş adamı Mark Zukerberq koronavirusla bağlı diqqətçəkən açıqlama verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Zukerberq dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının ədliyyə komitəsinə yazdığı məktubda daha əvvəl koronavirusla bağlı təzyiq barədə danışmadığına və müəyyən məzmunun silinməsi ilə bağlı verdiyi bəzi qərarlara görə təəssüfləndiyini bildirib.

O bildirib ki, Ağ Ev rəsmiləri də daxil olmaqla Bayden administrasiyasındakı yüksək vəzifəli məmurlar 2021-ci ildə yumor və satira da daxil olmaqla müəyyən koronavirus məzmununu senzura etmək üçün komandalarımıza dəfələrlə təzyiq göstəriblər. 

"Hökumətin təzyiqi yanlış idi və təəssüf edirəm ki, biz bu barədə çox danışmadıq. Hesab edirəm ki, əldə etdiyimiz təcrübə və yeni məlumatlarla bu gün qəbul etməyəcəyimiz qərarları verdik".

Qeyd edək ki, Ağ Ev və Meta iddiayla bağlı açıqlama verməyiblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR