Zukerberq qəfəs döyüşü üçün tarix təyin etdi

Zukerberq qəfəs döyüşü üçün tarix təyin etdi
DÜNYA
13:51 08.08.2023
221
Ötən günlərdə qəfəs davası edəcəklərini açıqlayan İlon Mask və Mark Zukerberq hazırlıqlarını davam etdirirlər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən həftələrdə "Twitter”ə rəqib platforma olan "Threads”i təqdim edən Zukerberq Maskın qəzəbi ilə üzləşib və aralarındakı müzakirə qəfəs döyüşü qərarı ilə davam edib.

Zukerberq qarışıq döyüş idmanlarına olan marağı ilə tanınsa da, Mask da Meta sahibi ilə qarşılaşmaq üçün özünü gücləndirməyə çalışıb. Nəhayət, Mask döyüşü X-in yeni adı olan "Twitter”də canlı yayımlayacağına və əldə ediləcək gəliri bağışlayacağına söz versə də, iki rəqib bu məsələdə də razılaşa bilməyib.

Mark Zukerberq İlon Maskla döyüşməyə hazır olduğunu söyləyib və qəfəs matçı üçün avqustun 26-nı təklif etsə də, Mask bunu təsdiqləməyib.

Gülay
OXŞAR XƏBƏRLƏR