"Zülfikar ağa" Bakıda film akademiyası açmaq istəyir

"Zülfikar ağa" Bakıda film akademiyası açmaq istəyir
MƏDƏNİYYƏT
12:29 19.04.2024
735
Bir neçə gündür paytaxtımızda səfərdə olan "Kurtlar Vadisi"nin aktyoru Halil İbrahim Kalaycıoğlu, canlandırdığı "Zülfikar Ağa" rolunun pərəstişkarları tərəfindən  böyük sevgi və maraqla qarşılanıb.
 
Aktyor AZXEBER.COM-a açıqlamasında Azərbaycanda film akademiyası açmaq arzusunda olduğunu bildirib.
 
Kalaycıoğlunun sözlərinə görə "NN Film Akademisi" adı altında yaratmaq istədiyi təhsil ocağına Türkiyənin bütün məşhur aktyorları dəvət olunacaq və azərbaycanlı gənclər türk aktyorlardan dərslər ala biləcəklər.
 
Xatırladaq ki, Halil İbrahim Kalaycıoğlu rol aldığı "Lanetli kitap" filminin Qala gecəsində iştirak etmək üçün filmin aktyor heyəti ilə birlikdə Bakıya gəlib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR