Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO

Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
MAQAZİN
20:27 09.03.2026
269
Xalq artisti Zülfiyyə Xanbabayeva ilə müğənni Mehin Hümbətova arasında anlaşılmazlıq yaşanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mehin "Qonaqcanlı”da danışıb.

O, Xanbabayevanın "Sənsiz” mahnısını oxumaq istədiyini, lakin onun icazə vermədiyini bildirib:


"Zülfiyyə Xanbabayevanın repertuarındakı bütün mahnıları çox sevirəm. "Sənsiz” mahnısı üçün əvvəlcə icazə vermişdi. Mən ifa etdim, aranjimanı bitirmişdik. Amma dedilər ki, harada istəyirsə, ifa etsin, yayımlamasın. Bəstəkar Hüseyn Abdullayev idi. Ondan icazə ala bilmirdik, halallıq üçün Zülfiyyə xanıma müraciət etdik. Yəqin ki, özü mahnını yenidən oxumaq istəyir, icazə vermədi”.

OXŞAR XƏBƏRLƏR