"Üzümdəki tüklər mənə gözəllik verir" - Saqqallı qız-FOTO

MARAQLI
13:10 17.02.2014
7006
"Üzümdəki tüklərdən əvvəllər utanırdım. Bu tüklər çox sıx olduğundan onları qırxır, təmizləyirdim. Lakin öhdəsindən gələ bilmədiyimi anlayandan sonra saqqal buraxdım. Saqqal indi mənə yaraşır. Üzümdəki tüklər mənə gözəllik verir".
23 yaşlı Harnam Kaur taleyi ilə barışmaqla yanaşı, bədbinliyi və depressiyanı unudub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Berkşir qraflığındakı Sley şəhərində yaşayan Kauru yumurtalıq polikistozu sindromuna (Polycystic Ovary Syndrome, PCOS) mübtəladır. Bu sindrom isə qadınların vücudlarında tüklərin sıxlığını və sayını sürətlə artırır.
11 yaşında üzünə sıx tüklər çıxmağa başlayan Harnam Kaur o vaxtdan bəri üzünü qırxırdı.
Fəqət, 23 yaşlı qız bir müddət əvvəl buna son qoyub, saqqal saxlamağa başlayıb. Üstəlik, siqh olan Harnam başına əmmamə də bağlayaraq əsl siqhlər təki - yəni əmmamə və saqqalla dolaşır.
"Sinəm və üzümdəki tükləri artıq qırxmıram. Çünki siqhizmdə tüklərə qayçı vurulması qəti qadağandır. Artıq üzümə ülgüc vuran deyiləm. Tanrı məni belə yaradıb və vəziyyətimdən də narazı deyiləm", - Harnam Kaur deyib.
Harnam Kaurun qardaşı, 18 yaşlı Qurdep Sinqh də bacısının depressiyadan qurtulduğuna sevinir.
"Məktəbdə oxuduğum illərdə üzüm və sinəmdəki tüklərə görə sinif yoldaşlarım mənə gülür, ələ salır, sataşırdılar. Məni "kişi-qadın", "transeksual" adlandırırdılar. Üzümü qırxır, krem çəkir, ağardırdım. Depressiyaya qapılmışdım. Sinəmdə, üzümdə, qollarımdakı tükləri gizlətmək üçün böyük ölçüdə paltarlar geyinirdim. Günüm qara idi. Küçəyə çıxmaq istəmirdim. Hamı mənə baxıb heyrətlənirdi. İndi isə hər şey geridə qalıb. Özümü əla hiss edirəm", - Harnam Kaur söyləyib.
Harnamın rəfiqəsi, 40 yaşlı Sarrinder Baçinin sözlərinə görə, indi durum normallaşmaqdadır: "O, artıq özünə divan tutmur, asudə dolaşır və rahat yaşayır".
Harmanın dediyinə görə, ərə getmək, ailə qurmaq istəyir.
"Gəncəm, həyatım irəlidədir. İcmamız arasında mənimlə evlənmək istəyənlər var. Özümü sevirəm. Saqqallı olsam da, çirkin olduğumu düşünmürəm. Vücudumu da bəyənirəm. Saqqalımı, sinəmdəki tükləri... Normaldır", - Harnam Kaur söyləyib.
OXŞAR XƏBƏRLƏR