"Özümü bir ata kimi çox xoşbəxt hiss edirəm" - Tolik

"Özümü bir ata kimi çox xoşbəxt hiss edirəm" - Tolik
MAQAZİN
10:06 18.06.2025
282
Aparıcı-prodüser Tarix Əliyev qızı ilə görüntülərini paylaşıb.
 
AZXEBER.COM xəbər verir ki, o, "Atalar günü"ndə hisslərini dilə gətirib.
 
Qızı ilə birlikdə çox xoşbəxtolduğunu deyən aparıcı, hər kəsə bu hissi dadmağı arzu edib:
 
"Hər zaman "Atalar günü" haqqında eşidəndə, bir gün bu günün mənim üçün də gələcəyini düşünərdim. Və bu gün, mən özümü bir ata kimi çox xoşbəxt hiss edirəm, çünki Milanamın atasıyam. Bu gün mənim bayramımdır. İndi qızım məni təbrik edə bilməsə də, inşallah, böyüyəndə hər dəfə mənə gəlib deyəcək: "Ata, Atalar Günü mübarək!” Allah bütün ailələri xoşbəxt etsin, övlad həsrəti ilə yaşayan bütün ailələrə övlad nəsibi versin. Allah bütün ataları və anaları qorusun".
 
Aysel

OXŞAR XƏBƏRLƏR