"Üzümü dartdırmıram, qaşımı aldırmıram ki" - Manaf Ağayev

"Üzümü dartdırmıram, qaşımı aldırmıram ki" - Manaf Ağayev
MAQAZİN
11:46 23.11.2018
3578
Saçınıza görə həkimə getmişdiniz. Bir-iki nəfərdən eşitdim ki, bu Manaf müəllimə yaraşmır. Gedib, İnstaqram-a da çəkib qoyub. 

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bu sözlərlə Zaur Kamal verilişində qonağı olan Manaf Ağayevə müraciət edib. Zaurun səsləndirdiyi fikirlər müğənnini çilədən çıxarıb.

Manaf qəzəbli şəkildə efir vasitəsi ilə onda nöqsan axtaranlara səslənib:

"Deyən özünə gülür. Onu mənə zəng edib, desin. Camaat gizlədir, amma göstərmək lazımdır o cür işi. Gedib üzümü dartdırmıram ki, qaşımı aldırmıram ki. Saçdır da, efirə çıxırsan. İstəyirsən ki, keçəl olmayasan. 

Bizdə maraqlı bir şeydir e... O günü Yasamalda maraqlı bir hamam açılıb. Dostumundur! Xalat geyinib, oturmuşuq. Reklam edirdik də. Görürəm kimsə şərhlərdə söz atır ki, "Manaf xalatla ...". Manaf nə etsin ki, ayaqqabılı, əynində palto keçsin saunanı çəksin? Saunada necə olurlar, xalat geyinirlər də. 

Min "koment"dən görürsən ki, 4-ü istəməyən var. Belədə ki, mən gördüyüm işi ölçüb, biçirəm. Sonra paylaşıram, olar-olmaz? 4-5 nəfərlə də məsləhətləşirəm. Mən indi o insana deyirəm ki, hamamda nə geyinirsən sən? Birdənə onu mənə de görüm. Şalvarnan çəkdirirsən, ya ayaqqabı ilə?"
OXŞAR XƏBƏRLƏR