Özündən 20 yaş böyük sevgilisini öldürən: “Dedim, sən yolunu azmısan”

Özündən 20 yaş böyük sevgilisini öldürən: “Dedim, sən yolunu azmısan”
SOSİAL
16:48 02.08.2017
1376
Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttiham üzrə Paşa Cəbrayılov özünü təqsirli bilib.
Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib. Təqsirləndirilən şəxs qeyd edib ki, 2010-cu ildən işləmək üçün Sabirabad rayonundan gəlib: "Zülfiyyə Rəhimova ilə 2012-ci ildə Hövsanda olan "Tropikanka” kafesində tanış olub. Aramızda dostluq münasibəti yarandı. İşdən çıxanda onu evə qədər aparırdım. Zülfiyyənin Zəhra adında bir qızı vardı. O, qızı da özü ilə kafeyə gətirirdi. Onunla münasibətlərimiz daha da istiləşmişdi. Bu səbəbdən özüm qaldığım kirayə evdən çıxdım və Zülfiyyənin kirayə qaldığı evə köçdüm. Həmin gündən onunla bir yerdə yaşamağa başladıq”.
25 yaşlı gənc qeyd edib ki, 2016-cı ilin martında sevgilisi başqa kafedə işləməyə başlayıb: "Həmin vaxt mən özüm Rusiyada idim. Orda işləyib Zülfiyyə də pul göndərirdim. Bakıya qayıtdım. Onunla yenidən yaşamaq istəyirdim. O, buna etiraz etdi. Dedim ki, sən yolunu azıbsan. Bu zaman Zülfiyyə məni nalayiq ifadələrlə söydü. Məni geri qaydıaraq onu boğdum”.
Paşa Cəbrayılov ifadəsinin sonunda Zülfiyyə Rəhimovanı öldürmək istəmədiyin, törətdiyi əməldən peşman olduğunu deyib.
Prosesdə hadisənin şahidləri və sənədlər elan olunduqdan sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Çıxış etmək üçün prokurora söz verilsə də, o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Məhkəmə avqustun 4-də davam edəcək.
Qeyd edək ki,qətl hadisəsi Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.
Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub və sonradan ərindən ayrılıb, azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib və qazandığı pullarla həm özünü, həm də övladını dolandırıb.
Hadisə günü  Paşa ilə Zülfiyyə evdə söhbət ediblər. Söhbət əsnasında Paşa qadına deyib ki, özümə iş tapacam, sənə nə istəsən alacam. Qadın isə ona "gör nə qədər axmaqsan ki, bir kəlmə sözümlə pulsuz Rusiyadan gəldin” deyə bildirib.
Bundan sonra Zülfiyyə Paşa Cəbrayılovun anasını və nəslimi söyüb. Otağa geri qayıdan Paşa Cəbraylov qadına "sən yolunu azmısan, başqa kişi ilə münasibət qurubsan” deyərək, onu boğub öldürüb.
Cinayəti törədən Paşa Cəbrayılov törətdiyi əməli etiraf edən Paşa Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Paşa Cəbrayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
14:14 17.03.2026
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert