Zeynal Çobanov həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib
Balakən rayonunda törədilmiş qətllə bağlı cinayət işinin istintaqı davam etdirilir. Əri tərəfindən qətlə yetirilmiş Kainat Çobanovanın baldızı Əşayə Somarova onların ailəsində problemlərin olduğunu təsdiq edib. Hadisə barədə danışan Ə.Somarova deyib: "Mən evdə olmamışam. Söz-söhbət hamımızın arasında da olurdu. Elə bir şeylər olmuşdu. Ən çox istədiyimiz gəlinimiz idi. Sakit, yaxşı xasiyyətli biri idi. Heç vaxt xətrimizə dəymirdi".
Hadisəni tərədən Zeynal Çobanov həbs edilib. Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.