AZXEBER.COM-un məlumatına görə, o müsahibəsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı məsələsinə münasibət bildirib. Partiya sədri bu haqda deyib:
"İkili vətəndaşlığın problem yaradacağı əvvəldən məlum idi, çünki Konstitusiyada birbaşa göstərilib ki, ikili vətəndaşlığı olan şəxs namizəd irəli sürülə bilməz. Rüstəm İbrahimbəyovun namizədliyi gündəmə gələndə, bu məsələ dəfələrlə mübahisə obyekti olub. Düzdür, mənim Rüstəm İbrahimbəyovla şəxsi tanışlığım yoxdur, dost deyilik, əlaqəm də yoxdur. Amma onunla əlaqədə olanlar deyirdilər ki, ikili vətəndaşlıqla bağlı heç bir problem yoxdur, yəni Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün problem yoxdur. Milli Şurada onun namizədliyi irəli sürülərkən məhz bu amil rol oynayıb, onun adından çıxış edənlərin iddiaları rol oynayıb və bu da indiki vəziyyətlə nəticələnib".
"Ümumiyyətlə, hüquqi problem hansı çətinlik yarada bilər?" sualına isə partiya sədri belə cavab verib: Dediyim kimi, ikili vətəndaşlığı olan şəxslər namizəd olaraq irəli sürülə bilməz. Bu gün Rüstəm İbrahimbəyovun ən azı ikili vətəndaşlığı varsa, o, imza vərəqi almaq hüququna malik deyil. O cümlədən, özünə hörmət edən siyasi təşkilat ikili vətəndaşlığı olan şəxsi namizəd kimi irəli sürməməlidir.
AZXEBER.COM