Özünü 10-cu mərtəbədən atan kişi qızın üstünə düşdü

DÜNYA
10:19 23.05.2013
2751
Cənubi Koreyada özünü 10-cu mərtəbənin pəncərəsindən atan kişi binanın altından keçən 7 yaşlı qızın üstünə düşüb.AZXEBER.COM-un “Frans Press”ə istinadən verdiyi məlumata görə, nəticədə onların hər ikisi ölüblər.Hadisə ötən axşam Pusan liman şəhərində qeydə alınıb. 40 yaşlı kişi intihar etmək istəyib və özünü evinin pəncərəsindən atıb. Bu vaxt balacı qız atası ilə binanın altından keçirmiş və kişi uşağın üstünə düşüb.İntihar edən hadisə yerində ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Uşağın atasına heç nə olmayıb.

OXŞAR XƏBƏRLƏR