Özünü asan Hacı Məmmədovun həbsxanada çəkdiyi sirlə dolu 4 FOTO

Özünü asan Hacı Məmmədovun həbsxanada çəkdiyi sirlə dolu 4 FOTO
SOSİAL
16:29 04.12.2017
7098

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili, polkovnik Hacı Məmmədov ötən gün özünü asaraq öldürməsi gündəmin əsas xəbəridir.

2005-ci il martın 10-da ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilən Hacı Məmmədovun sirli intiharından sonra geridə çoxlu sayda açıq qalmış suallar ictimaiyyətin əsas müzakirə mövzusudur.

AZXEBER.COM-un məlumatına görə, bir neçə il öncə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri mərhum Elçin Behbudovun Hacı Məmmədovun onunla təcili görüşmək istəməsi ilə bağlı mətbuata verdiyi açıqlamalar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

İki il öncə hüquq müdafiəçisi bildirmişdi ki, Hacı Məmmədov ona görüş zamanı E.Behbudova yağlı boya ilə çəkilmiş 4 fotoşəkil verib. Mərhum E. Behbudov həmin zaman verdiyi məlumatda bu rəsmlərin xüsusi kodlardan ibarət olduğunu və ikinicinin ona bu şəkillər vasitəsi ilə önəmli məlumatlar açıqlamaq istədiyini bildirmişdi:

"Rəsmlərin arxasında onların çəkildiyi tarix qeyd olunub. Orada Hacı Məmmədov həm də onları mənə hədiyyə etdiyini yazıb. Özü mənə deyib ki, onların hər birinin parolu, şifrəsi var. Amma parolu mənə açmır”.

E.Behbudovun sözlərinə görə H.Məmmədov ondan bu rəsmləri mətbuatda yaymağı və rəsmlərə gələcək qiymətlərlə bağlı ona məlumat verməyini istəyib: "Amma mənə elə gəlir ki, vaxt gələcək bu rəsmlərin qiyməti olmayacaq. Ofisimizdə oğurluq olmuşdu. Qorxdum ki, birdən Hacının şəkilləri də oğurlanar. Amma xoşbəxtlikdən oğrular bu rəsmlərin qiymətini başa düşməyib”.

2015-ci ilin 14 noyabr tarixində Elçin Behbudov əziyyət çəkdiyi şəkərli diabet xəstəliyindən vəfat edib.

H.Məmmədovun ötən gün özünü asaraq öldürməsi isə bu rəsmlərin yenidən gündəmə gəlməsinə səbəb olub. Həmin rəsmləri təqdim edirik:

 
Rəsm 1. Zəncirdə olan şir. Şirin zənciri bir qadının əlindədir. Ətrafda 5 ağ göyərçin uçuşur.
 
Rəsm 2. Əlində silah olan cavan oğlan. Arxada məşhur "Biq Ben” saatı, "Jeep” maşını və yerə sərilmiş kişi meyiti. Oğlanın üzündə təbəssüm var. Əlinin şəhadət və orta barmağını yuxarı tutmaqla ya latınca "viktoriya” (qələbə) anlamını verən "V” işarəsini, ya da 2 rəqəmini göstərir.
 

Rəsm 3. Böyük bir daşa söykənmiş bir qadın. Saçlarının rəngindən rus olduğu görünür. Qadının söykəndiyi daşın üstündə İsa Peyğəmbərin şəkli həkk olunub. Arxa fonda çəmənlikdə ağ at, başqa ölkəyə köç edən 3 durna, atın yanında isə kişi silueti, kölgə.
 
Rəsm 4. Başında şlyapa olan orta yaşlı kişi, arxada ağaclar və yenə də "202 nömrəli "Jeep” və yerdə kişi meyiti.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
Yer kürəsində maqnit fırtınası başladı
20:46 10.10.2026
Yer kürəsində maqnit fırtınası başladı
İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb
20:39 10.10.2026
İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb
Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb
20:33 10.10.2026
Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb
"Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı
20:24 10.10.2026
"Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı
Goranboyda qəza olub, xəsarət alanlar var
20:12 10.10.2026
Goranboyda qəza olub, xəsarət alanlar var
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
20:06 10.10.2026
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
ABŞ-də atışma: ölənlər var
19:56 10.10.2026
ABŞ-də atışma: ölənlər var
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
19:42 10.10.2026
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
19:06 10.10.2026
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib