Özünü beşinci mərtəbədən atan qadın öldü - Gəncədə

Özünü beşinci mərtəbədən atan qadın öldü - Gəncədə
SOSİAL
11:04 13.09.2018
2660
Gəncə şəhərində beşinci mərtəbədən özünü atan qadın xəstəxanada ölüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 35 yaşlı Turan Yadigar qızı Əliyeva sentyabrın 12-də yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Aparılan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub. İntiharın səbəbləri hələki məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR