Özünü öldürən 19 yaşlı gəncin son məktubu: Əsgərliyə gedirəm, sevgilim üçün darıxacam

Özünü öldürən 19 yaşlı gəncin son məktubu: Əsgərliyə gedirəm, sevgilim üçün darıxacam
SOSİAL
16:31 15.02.2017
4888
Bakı şəhərin Xətai rayonunda 19 yaşlı oğlanın özünü öldürməsi hadisəsinin təfərrüatı məlum olub.
 
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asan 19 yaşlı Röyal Mirzəyevin məktubu tapılıb. Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş Röyal məktubu sevgilisinə yazıb. O məktubunda qeyd edib ki, yaxın vaxtlarda hərbi xidmətə yollanacaq və bir daha sevgilisini görə bilməyəcək. Artıq yaşamaq istəmədiyini yazan Röyal sevgilisindən və doğmalarından halallıq istəyib.
 
R.Mirzəyevin məktubu və istifadə etdiyi telefon götürülüb araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR