Özünü MTN əməkdaşı kimi təqdim edən qadının məhkəməsi başlayıb

KRİMİNAL
17:21 06.02.2014
1810

Bakı Ağır Cinayətlə Məhkəməsində Minarə Allahverdiyevanın məhkəməsi başlayıb.

AZXEBER.COM-un məlumatına görə, dələduzluqda təqsirləndirilən Minarə Allahverdiyevanın məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir.İttihama görə, Minarə Allahverdiyeva özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək işə düzəltmək adı ilə bir neçə nəfərdən pul alıb. O, icra hakimiyyətinin və bələdiyyənin vəzifəli şəxslərinin adından istifadə edib. Minarə Allahverdiyeva torpaq satmaq adı ilə 10-dan çox şəxsi aldadıb. Minarə Allahverdiyeva Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edilib.

OXŞAR XƏBƏRLƏR