"Özünü müxalifət adlandıran bu antimilli şura sevinir ki, neftin qiyməti 14 dollara düşüb"

TOP4
22:25 25.06.2020
1517
Özünü müxalifət adlandıran bu antimilli şura sevinir ki, neftin qiyməti 14 dollara düşüb

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışından sonra hərbçilərlə görüşü zamanı nitqində deyib.

Dövlət başçısı bildirib:

"Bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir. Xalq onlara dözmədi, qaçıb getdilər. Buna nə ad vermək olar? Ancaq fərarilik. Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Sən xalqı, dövləti, dövlətçiliyi qorumalısan. Gecə ilə gizlin təyyarəyə minib, uçub Naxçıvana, oradan gedib oturub Kələkidə. Buna nə ad vermək olar? İndi buna bəraət qazandırmaq istəyənlərə üz tutub deyirəm. Nə ad vermək olar buna? Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər.

Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:30 14.07.2020

Daha 5 hərbçimiz şəhid oldu - ADLAR

13:14 14.07.2020

Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu

13:08 14.07.2020

Ermənistan ordusunun açdığı atəş nəticəsində 76 yaşlı şəxs həlak oldu

12:57 14.07.2020

Son dəqiqə! Müdafiə Nazirliyi yeni görüntülər yaydı - VİDEO

12:51 14.07.2020

Hazırda intensiv atışma gedir, əhali arasında ab-hava... - Tovuzun deputatı danışdı

12:47 14.07.2020

Azərbaycanlı xakerlər Paşinyanın saytını dağıtdılar

12:36 14.07.2020

Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

12:27 14.07.2020

Pakistan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu sərt şəkildə pislədi

12:19 14.07.2020

"Rəsmi Yerevan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil"

11:57 14.07.2020

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

11:48 14.07.2020

Qubada karantin qaydalarını pozaraq futbol oynayanlar cərimələndi

11:31 14.07.2020

"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"

11:20 14.07.2020

"Azərbaycan dövləti və İlham Əliyev bütün dünya üçün bir nümunədir"

11:14 14.07.2020

Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

11:05 14.07.2020

Hikmət Hacıyev: “Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi”

11:00 14.07.2020

Düşmən Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub