AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, atasının şikayəti ilə tutulan şəxs məhkəmə tərəfindən sərbəst buraxılıb.
Əldə edilən məlumata görə, Çorlu rayonunda yaşayan N.A oğlu E.A-nın saatlarla telefona cavab vermədiyi üçün itkin düşdüyünü düşünərək polisə ərizə ilə müraciət edib. Daha sonra evinə gedən ata otaqda "300 min lirə verməsən, oğlunu öldürəcəyik” yazılı qeyd tapıb.
Polisin araşdırmaları nəticəsində aydın olub ki, bütün bunlar atasından pul almağa çalışan E.A-nın bir oyunudur.
Saxlanılan E.A.-nın ifadəsində "Borclarım var idi, ödəyə bilmədim, evdən qaçdım. Pulu alıb, borclarımı ödəyəcəkdim" dediyi öyrənilib.
Aysel