Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən şəhidlərimizdən biri də zabit mayor Elnur Adil oğlu Əliyevdir.
Yaxınları şəhidimizin fotolarını sosial şəbəkədə paylaşmaqla onu yad ediblər.
Qeyd edək ki, mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub.
E. Əliyev Füzuli rayonunda dəfn olunub. Mayorumuz Füzulinin Dədəli kəndindəndir, ailəlidir.
Daim öz əsgərlərinin qayğısına qalan, öz əsgərlərini qorumaq üçün canını fəda etmiş qəhrəman zabit mayor Elnur Əliyevin fotolarını təqdim edirik:
///Big.az
![](/file/pic/xeber/2016-04-21/11017.jpg)
![](/file/pic/xeber/2016-04-21/11020.jpg)
![](/file/pic/xeber/2016-04-21/11024.jpg)
![](/file/pic/xeber/2016-04-21/11027.jpg)
![](/file/pic/xeber/2016-04-21/11030.jpg)
![](/file/pic/xeber/2016-04-21/11031.jpg)