Özünü övladları ilə binadan atan qadınla bağlı yeni məlumat: Körpəni anadan ayırıblar?

Özünü övladları ilə binadan atan qadınla bağlı yeni məlumat: Körpəni anadan ayırıblar?
SOSİAL
13:29 22.07.2022
426
Yasamalda özünü iki övladı ilə beşinci mərtəbədən ataraq intihara cəhd edən qadının vəziyyəti stabil-ağır olaraq qalır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova məlumat verib. Qurum rəsmisi Aytən Abbasovaya zəruri tibbi yardım göstərildiyini bildirib:

"Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Uşaq isə ailənin istəyi ilə başqa tibb müəssisəsinə köçürülüb. Belə hallarda iltizamnamə yazırlar və şəxs ondan sonra xəstəxanadan çıxarılır.

Uşağın yerləşdirildiyi yer TƏBİB-in tabeliyində olan tibb müəssisəsi deyil deyə adını açıqlaya bilmərik. Ananın kim tərəfindən ziyarət olunması barədə məlumat vermək isə bizim səlahiyyətimizdə deyil”. 
OXŞAR XƏBƏRLƏR