Özünü "youtuber" kimi təqdim edərək yüzlərlə qadını şantaj etdi

DÜNYA
16:59 28.08.2024
172
Avstraliyada özünü ABŞ-li məşhur "youTuber" kimi təqdim edən kişi dünyanın hər yerindən yüzlərlə qadın və qızı kamera qarşısında cinsi hərəkətlər etməyə məcbur edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qurbanlarını şantaj edən kişi buna görə saxlanılıb.

O, 17 il həbs cəzasına məhkum edilib.

20 ölkədən 285 qadın və qızın kamera qarşısına keçərək cinsi əlaqəyə məcbur etməkdə günahlandırıldığı Məhəmməd Zain Ul Abidin Rəşid ona qarşı irəli sürülən ittihamları qəbul edib.
 
29 yaşlı Rəşid cinsi fantaziyaları haqqında danışan gənc qadınları əlindəki görüntüləri yaxınlarına göndərərək hədələyib. 

Ekspertlər bunun ölkə tarixində ən ağır seksual cinayətlərdən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, Rəşid qurbanlarını cinsi davranışa məcbur edib, onları qorxudaraq, psixologiyasını pozub.

Qeyd edək ki, 2020-ci ildə İnterpol tərəfindən tutulan Rəşid 14 yaşlı qıza təcavüzdə ittiham olunub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR