Daha bir ölkə avroya keçmək istəyir
"Avroya keçid Macarıstanın maraqlarına cavab verir".
AZXEBER.COM "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın gələcək baş naziri Peter Madyar deyib.
Bununla belə, o, keçid üçün konkret tarix deyə bilməyəcəyini etiraf edib. Madyar izah edib ki, onun hökuməti avrozonaya daxil olma müddətini iqtisadiyyatın vəziyyətini təhlil etdikdən sonra müəyyən edəcək...