Yemək saatlarını dəyişmək ürəyə təsir edə bilər – ARAŞDIRMA
Yeməkləri hər gün fərqli saatlarda yemək sağlamlığa düşündüyümüzdən daha çox təsir göstərə bilər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, araşdırmada 100 mindən çox insanın uzunmüddətli məlumatları təhlil edilib.
Nəticələr göstərib ki, iş günləri ilə istirahət günləri arasında yemək saatlarının ciddi şəkildə dəyişməsi ürək-damar sağlamlığı ilə əlaqəli ola bilər.
...