Ağdamda məzar qazarkən minaatan mərmisi aşkarladılar - Foto
Ağdam rayonunda məzar qazıntısı aparılarkən döyüş sursatı aşkarlanıb.
AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə rayonun Qərvənd kənd qəbiristanlığında qeydə alınıb.
Məlumata görə, kənd sakininin dəfni üçün məzar yeri qazılan zaman torpaq qatından naməlum hərbi sursat aşkar edilib. Bundan sonra əraziyə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
T...