Gözəllik salonunda işçi QƏFİL ÖLDÜ
Abşeron rayonunda ölüm hadisəsi qeydə alınıb.
AZXEBER.COM "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən qadın gözəllik salonlarından birində baş verib.
1997-ci il təvəllüdlü Surxay Rəhimov işlədiyi zaman qəfildən halı pisləşib və o, hadisə yerindəcə vəfat edib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır....