“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçildi

“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçildi
İQTİSADİYYAT
12:05 03.12.2020
1032
 "AccessBank” Böyük Britaniyanın nüfuzlu "The Banker” jurnalı tərəfindən "İlin bankı” adına layiq görülüb.
 
AZXEBER.COM xəbər verir ki, mükafat "Cəmiyyət üçün maliyyə inteqrasiyası və bankçılıq" (FINANCIAL INCLUSION & BANKING IN THE COMMUNITY) kateqoriyası üzrə Banka, COVID-19 pandemiyasının səbəb olduğu karantin dövründə ölkə vətəndaşlarına dəstək, Azərbaycanın bölgələrindəki fərdi sahibkarların dəstəklənməsi və ətraf mühitin qorunması naminə həyata keçirilən layihələrə görə təqdim olunub. 

"Fəaliyyətimizin nüfuzlu "The Banker” nəşri tərəfindən yüksək qiymətləndirilməsindən məmnunuq. Komandamız müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, həm də fəaliyyət göstərdiyimizin cəmiyyətin nəbzini tutmağa, baş verənlərdən xəbərdar olmağa çalışır. "İlin Bankı" adı cəmiyyətimizin tələbat və istəklərini bilən və anlayan, həmçinin əhalinin müxtəlif təbəqələrinə hərtərəfli dəstək verən bütün "AccessBank” kollektivinin fədakarlığının və zəhmətkeçliyinin bəhrəsidir. Biz anlayırıq ki, biznes əhatə olunduğu cəmiyyət qədər güclü ola bilər.”deyə "AccessBank”ın Müşahidə Şurasının Sədri Oleq İvaniyçuk vurğulayıb.

Qeyd edək ki, son 10 ildə "AccessBank” artıq 5-ci dəfədir ki, "The Banker” tərəfindən "İlin Bankı” adına layiq görülür. Bank daha öncə 2011, 2012, 2015 və 2016-cı illərdə bu şərəfə nail olub. "Financial Times” nəşriyyat qrupunun bir hissəsi olan "The Banker” jurnalı 1926-cı ildən dərc olunur və aparıcı beynəlxalq maliyyə nəşriyyatlarından biridir. Jurnalın redaksiyası mükafata namizədlərin siyahısını tərtib edərkən, bankların yalnız maliyyə nəticələrini deyil, həm də inkişaf strategiyalarının həyata keçirilməsi və yeni standart və texnologiyalar tətbiq etməsini nəzərə alınır. 

"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
17:46 27.07.2026
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
17:44 27.07.2026
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
17:34 27.07.2026
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO