Yəməndəki "Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına, həmçinin Xamis-Muşayt və Cizan şəhərlərindəki hərbi obyektlərə ballistik raketlərlə zərbələr endirdiklərini bildiriblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə məlumat verib.
Onun sözlərinə görə, husilər onlarla ballistik raketdən istifadə etməklə üç hərbi əməliyyat həyata keçiriblər.
Səriə hücumların hədəfləri arasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının, Səudiyyə Ərəbistanının cənubunda yerləşən Xamis-Muşaytdakı aviabazanın və Cizandakı sərhəd qoşunlarının hərbi-dəniz bazasının olduğunu bildirib.
Husilərin hərbi nümayəndəsi beynəlxalq aviaşirkətləri və sərnişinləri təhlükəsiz olmadığını iddia etdiyi Ər-Riyad hava limanından istifadə etməkdən və bu istiqamətdə uçuşlar həyata keçirməkdən çəkinməyə çağırıb.
///teleqraf///











































