AŞPA adlı Strasburq “bazarı” və MONSTRın bitməyən oyunları – Aqramuntu xatırlayarkən…

AŞPA adlı Strasburq “bazarı” və MONSTRın bitməyən oyunları – Aqramuntu xatırlayarkən…
SİYASƏT
18:48 14.04.2019
6451
Nicat DAĞLAR

Avropa Şurası Parlament Assambleyası (AŞPA) artıq çoxdandır ki, "zaftalı” ölkələrin əlində  "sözə baxmayanlara” qarşı istifadə olunan "cəza aparatı”na çevrilib. Bu qurum eyni zamanda, üzv ölkələrin daxilindəki siyasi maraqların Avropa müstəvisində toqquşduğu poliqon rolunu da oynayır. Burada qəbul olunan qətnamələr obyektiv araşdırmalardan deyil, ayrı-ayrı siyasi qüvvələrin maraqlarını təmsil edən deputatların bu və ya digər ölkəyə münasibətinin xarakterindən qaynaqlanır. Məsələn, iri çaplı ölkələrin istək və arzularını reallaşdırmaqdan boyun qaçırıb, milli maraqlara söykənən müstəqil siyasət yürütmək istəyənlər olarsa, bu halda AŞPA komitələri "döyüş vəziyyətinə” gətirilərək, ölkələrə qarşı qətnamə atəşi açılır. Dirəniş göstərildikdə isə, qətnamələrin kalibrində dəyişikliklər baş verir…

İspaniyadakı davanın AŞPA-dakı cəbhəsi

AŞPA-nın maraqlar poliqonu olduğunu biz qurumun sabiq prezidenti Pedro Aqramunta qarşı aparılan kampaniyalarda da gördük. Onun təmsil olunduğu Xalq Partiyasına qarşı İspaniyadakı sosialistlərin təşkil etdiyi, əsasən korrupsiya ittihamları ilə müşayət olunan mübarizənin gedişatında AŞPA-da o zamankı baş nazir Mariano Rahoyun əsas adamlarından olan Pedro Aqramunta qarşı da cəbhə açıldı. Onun Kataloniyadakı separatizmə və ümumən bu bölgənin müstəqillik iddialarına qarşı sərt mövqeyi də şübhəsiz ki, özünə qarşı gizli oyunları daha da dərinləşdirirdi. Təsadüfi deyil ki, Aqramunta qarşı ağır ittihamlarla çıxış edən  Avropa Sabitlik Təşəbbüsü (European Stability İnitiative – ESİ) kimi təşkilatlar,  Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan "QHT”lərlə sıx əlaqədədirlər. Aqramuntun özünün apardığı araşdırmalara görə, bu təşkilatların hamısını Corc Soros adlı  maliyyə monstrı qidalandırır – Komandanı da o verir, ittihamların xarakterini də o müəyyənləşdirir.

Suriyaya səfər və hərtərəfli basqılar

Aqramunt maraqlara cavab vermirdi deyə, onu hədəfə alıb sıradan çıxarmaq zərurəti yaranmışdı. Nəyin bahasına olursa olsun, onu istefaya məcbur etməliydilər. Bunun üçün ən müxtəlif vasitələrə əl atıldı. İstisna olunmamalıdır ki, Aqramuntun  adının "Azərbaycanın maraqlarını müdafiə edənlər” sırasında çəkilməsi və arxasında ciddi sübutlar dayanmayan, yalnız qondarma təşkilatların "araşdırmalarına” söykənən korrupsiya itthamları da ona qarşı qurulmuş və tamam başqa mətləblərdən irəli gələn oyunun tərkib hissəsi idi… Ardınca Suriya məsələsi ortaya atıldı. Aqramuntun rusiyalı deputatlarla birgə Dəməşkə səfər edərək Bəşər Əsədlə görüşməsi ona qarşı etirazları daha da sərtləşdirdi. Daha çox ukraynalı deputatların qəzəbinə tuş gələn Aqramunt nəticədə öz postundan istefa vermək məcburiyyətində qaldı. Yeri gəlmişkən, Aqramunt Suriya səfərinə görə tənqid olunduğu dönəmlərdə Ukrayna mətbuatında Avropa Sabitlik Təşəbbüsü (European Stability İnitiative – ESİ) təşkilatının Azərbaycanla bağlı hazırladığı mənfur hesabat geninə-boluna tirajlanır, Aqramuntun Azərbaycan hakimiyyətilə "korrupsiya əlaqələrində” olduğunu "isbat” etməyə ciddi səy göstərilirdi. Ukraynanın "Yevropeyskaya pravda” internet dərgisi isə (www.eurointegration.com.ua) bu məsələdə əməlli başlı şivən ritorikasına üstünlük verdi. Məqsəd aydın idi – Rusiyanın təşkilatçılığı ilə Suriyaya səfər edən Aqramuntu hərtərəfli basqılar altında qoyub küncə sıxışdırmaq.

…İndi Aqramunt yoxdur. Onun ölkəsində – İspaniyada da hakimiyyət dəyişib. Aqramuntun təmsil olunduğu Xalq Partiyasını korrupsiya əməllərində ittiham edən sosialistlər istədiklərinə çatıb, iqtidar sahibi olublar… Dava da elə bunun üstündə idi. Sadacə biz üzdə olanları görüb, pərdə arxasında, dərinliklərdə nələr baş verdiyini düşünmək istəmir, məsələn, Azərbaycanla bağlı qətnamələrin arxasında, iz azdırmaqla hədəfə çatmağa çalışan separatçı ünsürlərin də dayana biləcəyinin fərqinə varmırıq…

AŞPA-nın qanacaqsız davranışı…

İndi gələk aprelin 11-də AŞPA-nın qəbul etdiyi qətnaməyə. "Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya” adlı (2279) bu qətnamədə əslində yeni heç nə yoxdur – köhnə bayatılardan ibarət söz yığınından başqa bir şey deyil. Yenə də "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi”nin (OCCRP) hazırladığı "Azərbaycan paltaryuyan maşını” adlı Soros məhsuluna istinad olunur. Təfərrüata varmaq istəmirik. Şübhəsiz deyə bilərik ki, bu qətnamə də siyasi maraqlara xidmət edir. Ölkədə siyasi və sosial-iqtisadi islahatların dərinləşdiyi, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığı, idarəçilikdə yeni standartların tətbiq olunduğu bir ərəfədə AŞPA-nın qanacaqsız davranışı göstərir ki, əslində Strasburqdakıları ölkədəki vəziyyət maraqlandırmır. Heç mart ayında imzalanmış əfv sərəncamının və bu sərəncam əsasında yüzlərlə şəxsin azadlığa qovuşmasının da onlar üçün elə bir əhəmiyyəti yoxdur. Əsas məsələ dövlətin siyasəti və bu siyasətin qlobal maraqlara cavab verib-verməməsidir. Heç bir ciddi dəlil-sübutu olmayan ittihamların yer aldığı qondarma hesabatlara əsaslanan AŞPA görünür Azərbaycanda anti-Avropa əhval-ruhiyyəsi yaratmaq, Azərbaycan hakimiyyətini qəzəbləndirmək və bu yolla Avropa İttifaqı ilə sazişin imzalanmasını əngəlləmək sifarişi alıb. May ayına bir şey qalmayıb axı…

"Sübutumuz yoxdur. Dəqiq bilmirik”

Qətnamələrə boş vermək lazımdır. Ortaya atılmış iddiaların arxasında ciddi sübutların dayanmadığını AŞPA-da korrupsiya haqqında məlumatların tədqiq edilməsi məqsədilə yaradılmış komissiyanın üzvü, Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq sədri Nikolas Bratsa da etiraf edib. O, xarici mətbuata verdiyi açıqlamada açıq və aydın şəkildə deyib:

"Biz hansı məsələyə görə hansı hədiyyənin verildiyini dəqiq bilmirik. Bunu sübut edəcək yetərli dəlillərə malik deyilik”.

Bu etirafdan sonra nəyi təhlil edəsən?

Ortada sadəcə böyük oyunun müxtəlif elementləri var və bizə sadəcə bu oyunların Azərbaycana zərər verməməsini arzulamaq qalır…

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır