BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Bakı çimərliklərindəki “od tutub yanan” qiymətlər

Bakı çimərliklərindəki “od tutub yanan” qiymətlər
SOSİAL
12:53 07.06.2019
7156
Havaların günü-gündən isti keçməsi çimərlik biznesinin canlanmasına səbəb olub. İstirahət üçün yüksək standartlara cavab verməyən çimərliklərimizin xidmət və dizaynında bir dəyişiklik edilməsə də, qiymətlər kəllə-çarxa qalxıb.

AZXEBER.COM Axşam.az-a istinadən çimərliklərin "od tutub yanan” qiymətlərini təqdim edir:

Mərdəkanda yerləşən "Dalga Beach-Aqua Park” istirahət mərkəzinə girişin qiyməti həftəiçi 35 AZN, şənbə-bazar günləri isə 50 AZN-dir. 7-12 yaşa kimi uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Xarici vətəndaşlar üçün isə həftəiçi giriş 50 manat, həftəsonu 70 manatdır. Qiymətdə ötən illə müqayisədə heç bir dəyişiklik edilməyib. 

Nardaranda yerləşən "Sea Breeze hotel” qiymətlər həftənin bütün günü üçün 20 manatdır. Bura "lejanka”, çətir və dəsmal da daxildir.

Hövsanda yerləşən "Halikarnas Balıkçısı”na giriş 10 manatdır. Buraya dəsmal, "lejanka” və çətirli masa daxildir. Özünüzlə yemək və içki gətirməyə icazə verilmir. 6 yaşa qədər uşaqlara giriş pulsuz, 7-12 yaş uşaqlara isə 5 manatdır.

Bilgəh qəsəbəsində yerləşən "Amburan” çimərlik mərkəzində bu il qiymətlər daha da bahalaşıb. Həftəiçi giriş 30 manatdır. Həftəsonu isə 35 manat ödənilməlidir. 12 yaşadək və boyu 150 sm. olan uşaqlar üçün giriş pulsuzdur. Ötən il isə bazar ertəsi 20 AZN, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 23 AZN, həftəsonu isə 28 AZN idi. Bu qiymətə hovuz, dəsmal, adi "lejanka”, futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25-30 manat ödəməlidirlər.

"My Beach Novkhani”da böyüklər üçün giriş həftəiçi 20 manat, 5 yaşadək uşaqlara pulsuzdur. Həftəsonu isə giriş 25 manatdır. Bu qiymətə sadəcə dəniz kənarı daxildir. "Lejanka” istəsəniz, əlavə 5 manat ödəməlisiniz. "Bisetka”ların altında oturmaq istəyənlər 20, çətirlərdə isə 15 manat ödənilməlidir. 

"Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 25 manatdır. Ötən illə müqayisədə qiymətlərdə ucuzlaşma var. 

"Mambo beach club”da isə qiymətlər bahalaşıb. Həftəiçi giriş 25, həftəsonu isə 30 manatdır. Ötən il həftəiçi giriş 15 manat, həftəsonu isə 20 manat idi. Qiymətə çimərlik, açıq hovuz, soyunub-geyinmə otağı, duş kabinələri, çətir, VİP çadırlar, "lejanka” daxildir. Ayrıca dəsmal və açarlı dolab üçün 15 manat ödənilməlidir.

Uzağa getmək istəməyənlər şəhərin içində də hovuza girib, günəş vannası qəbul edə bilərlər. "Excelsior Hotel & Spa Baku”da həftəiçi qiymət 30 manatdır. Həftəsonu və bayram günləri isə 40 manat verib, hovuzda dincələ bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:51 28.03.2020

“Dərs vaxtı”nın 30 mart cədvəli açıqlandı

18:48 28.03.2020

“Evləndikdən sonra da ata-bala kimi yaşadıq”

18:26 28.03.2020

Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidir?

18:02 28.03.2020

Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

17:48 28.03.2020

Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı

17:29 28.03.2020

Bakıda 54 yaşlı kişi bıçaqlandı

17:17 28.03.2020

YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər -VİDEO

17:08 28.03.2020

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” – Zahid Orucun yazısı

16:51 28.03.2020

Prezident: "Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq"

16:44 28.03.2020

Koronavirus xəstələri sabahdan “Yeni klinika”ya köçürüləcək

16:23 28.03.2020

Rusiyada daha bir nəfər koronavirusdan öldü

16:06 28.03.2020

Abşeronda təbliğat işləri səsgücləndirici qurğular vasitələrlə aparılır - FOTOLAR

16:03 28.03.2020

Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanıldı

15:49 28.03.2020

İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib - FOTOLAR

15:43 28.03.2020

Bakıda 6 yaşlı uşaq xəstəxanada ölüb - RƏSMİ AÇIQLAMA

15:07 28.03.2020

Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif etdi