Nigerdə yerləşən Diori Hamani Beynəlxalq Hava Limanına silahlı hücum nəticəsində 35 nəfər həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Niameydə yerləşən hava limanına təşkil olunan hücum zamanı ölənlərdən 22-si hücumçu, 11-i hərbçi, 2-si isə mülki şəxs olub.
Niger Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərərsizləşdirilən 22 hücumçu ilə yanaşı, 4 silahlı yaralanıb. Hadisə ilə əlaqəsi olduğu müəyyən edilən 20 nəfər isə saxlanılıb.
Bildirilib ki, əməliyyat zamanı RPG-7 qumbaraatanları, AK-47 avtomatları, partlayıcı maddələr, əl qumbaraları, rabitə avadanlıqları və minlərlə patron daxil olmaqla xeyli sayda silah-sursat ələ keçirilib.
Qeyd edək ki, bu, son beş ay ərzində Niameydəki Diori Hamani Beynəlxalq Hava Limanına edilən ikinci hücumdur.
Gülay











































