Bakıda “KamAZ” sürücüsü qəsdən kişinin üstündən keçdi

Bakıda “KamAZ” sürücüsü qəsdən kişinin üstündən keçdi
SOSİAL
10:35 05.09.2020
2108
Bakıda piyadanı yük avtomobili ilə vuraraq ölümünə səbəb olan "KamAZ” sürücüsünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu il martın 21-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Zahid Ömərovun sərxoş halda idarə etdiyi "KamAZ ” markalı, 10-UA-651 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada 1985-ci il təvəllüdlü Abdullayev İsmayıl Yaşar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Ömərov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Lakin daha sonra Z. Ömərovun hadisəni qəsdən törətdiyi ortaya çıxıb. Ona verilən ittiham dəyişidirilib. Z. Ömərərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan ibtidai istintaq başa çataraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
15:46 12.11.2026
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
15:38 12.11.2026
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
Zelenski: "Starlink" Ukrayna ordusunun internet sürətini məhdudlaşdırıb
15:26 12.11.2026
Zelenski: "Starlink" Ukrayna ordusunun internet sürətini məhdudlaşdırıb
Prezident Dublindəki Konqres Mərkəzinə gəlib - VİDEO
15:23 12.11.2026
Prezident Dublindəki Konqres Mərkəzinə gəlib - VİDEO
Tənqidə qapalı icra hakimiyyəti –  Füzuli RİH şərhləri niyə bağlayıb? - Yenilənib
15:13 12.11.2026
Tənqidə qapalı icra hakimiyyəti – Füzuli RİH şərhləri niyə bağlayıb? - Yenilənib
İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü - VİDEO
15:12 12.11.2026
İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü - VİDEO
Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
14:52 12.11.2026
Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
14:46 12.11.2026
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
İsmayıllıda sakinlərin səbr kasası daşdı – Aylardır qalan şikayətlər həll olunmur
14:31 12.11.2026
İsmayıllıda sakinlərin səbr kasası daşdı – Aylardır qalan şikayətlər həll olunmur
“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar Naqif Həmzəyevin fikri ilə razılaşırmı?
14:29 12.11.2026
“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar Naqif Həmzəyevin fikri ilə razılaşırmı?
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi - FOTOLAR
14:00 12.11.2026
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi - FOTOLAR
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
13:35 12.11.2026
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
Trampın Rusiyadan Avropa üçün təhlükəsizlik təminatı istəməsinin əsl məqsədi nədir?
13:27 12.11.2026
Trampın Rusiyadan Avropa üçün təhlükəsizlik təminatı istəməsinin əsl məqsədi nədir?
Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər...
13:12 12.11.2026
Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər...
Paşinyan bu dəfə də kofe dəmlədi – VİDEO
12:44 12.11.2026
Paşinyan bu dəfə də kofe dəmlədi – VİDEO
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
12:38 12.11.2026
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək