16:40 şənbə, 16 Dekabr 2017
GƏNCLİK

"Bu Prezidentimizin Azərbaycan gəncliyinə diqqətinin göstəricisidir"

17:52, 20.09.2017190
"Azərbaycanda Gənclər Siyasəti daim dövlətimizin, xüsusilə də cənab Prezident İlham Əliyevin diqqətində olub. Bu siyasətin əsası Ulu öndər, Ümummilider Heydər Əliyevin zamanında qoyulub. Ulu öndər daim Azərbaycan gənclərinin inkişafına şəxsən nəzarət edər və onların mükəməl təhsil almasında və xüsusilə də xarici dövlətlərin nüfuzlu ali məktəblərində təhsil almasında maraqlı idi. Bu proses təkcə müstəqillik illərində deyil, ölkəmizin Sovet İttifaqının tərkibində olduğu dövürlərdə də davam edirdi. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gənclərimizin təhsil almasının vacibliyini, onların savadlı peşəkar mütəxəsislər kimi yetişməsinin əhəmiyyətini bilərək onları həm Respublikamızda, həm də İttifaqın digər ölkələrində təhsillərini davam etdirmələrinə yardımçı olurdu".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Türkiyə Respublikası Təhsil Nazirliynin nəzdnində fəaliyyət göstərən FONO açığöyrətim qurumunun Marketinq və Təhsil məsələləri üzrə şöbəsinin rəhbəri Nəzərbəy Hacıağayev deyib.

O daha sonra qeyd edib: "Bir neçə gün əvvəl qəbul edilən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı” da dövlətimizin xüsusilə də cənab Prezidentin Azərbaycan gəncliyinə diqqətinin göstəricisidir. Bu proqramın səyəsində növbəti illərdə və proqramın sonunda gənclərimizin hər tərəfli inkişafının əyani şəkildə şahidi olacağıq. Bu dövlətin qəbul etdiyi ilk proqram deyil. Bundan əvvəl də dövlətimiz tərəfindən gənclərə bağlı Dövlət Proqramları qəbul edilmişdi. Qlobal dünyanın sürətlə inkişaf etməsi ilə əlaqədar olaraq gənclərimizin zamanla ayaqlaşması üçün dövlətimiz hər zaman prosesləri nəzarətdə saxlayaraq, gəncliyin inkişafı üçün dövlət proqramları hazırlamış və onları qəbul edib. Qəbul edilmiş proqramlar bütün sahələri əhatə edərək gənclərin inkişafına böyük töhfələr verib. Hazırki proqram da eynən əvvəlki proqramlar kimi gənclərlə bağlı bütün sahələri inkişafına ciddi təsir göstərir. Bu proqram sadəcə zamanın tələbinə görə əvvəlkilərə nisbətən bir qədər təkminləşmişdir.
0
XƏBƏR LENTİ